Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ukrayna ilə bağlı təklif irəli sürdülər

Baxılıb: 662     Tarix: 03-03-2025 09:58   
 
Fransa və Böyük Britaniya Rusiya ilə Ukrayna arasında bir ay müddətinə qismən atəşkəs elan edilməsi ideyasını irəli sürüblər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzetinə müsahibəsində Fransa Prezidenti Emmanuel Makron danışıb.
Onun sözlərinə görə, sözügedən atəşkəs quruda həyata keçirilən hərbi əməliyyatlara şamil edilməyəcək və yalnız hava, dənizdə aparılan döyüşlərə, eləcə də enerji infrastrukturu obyektlərinə hücumlara aid olacaq.
Makron qeyd edib ki, cəbhə xətti uzun olduğundan quru qoşunlarına nəzarət etmək çətindir.
Fransa lideri əlavə edib ki, sülhməramlı qüvvələr daha sonradan Ukrayna ərazisində yerləşdirilə bilər: “Yaxın həftələrdə Ukrayna ərazisində avropalı qüvvələr olmayacaq”.

Qanunvehedef.az



{sape_links}{sape_article}