Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Baxılıb: 780     Tarix: 04-03-2025 11:23   

İsrail 10 gündən sonra Qəzza zolağında hərbi əməliyyatları bərpa edə bilər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “The Jerusalem Post” qəzeti yayıb.
Bildirilib ki, Fələstinin HƏMAS hərəkatı atəşkəslə bağlı sazişin ikinci mərhələsinə keçidə razılıq verməzsə, İsrailin hərbi əməliyyatı bərpa etmək ehtimalı var. Belə ki, burada bütün girovların azad edilməsi tələb olunur.
Qəzetin danışıqlar prosesinə yaxın mənbələrinin sözlərinə görə, hazırda danışıqlar dalana dirənib.
Xatırladaq ki, yanvarın ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər. Sözügedən rejim isə yanvarın 19-da qüvvəyə minib. Razılaşmanın birinci mərhələsi martın 1-də başa çatıb. 42 gün ərzində Qəzza zolağından İsrailə 33 girov qaytarılıb. Bunun müqabilində isə İsrail öz həbsxanalarında olan 1500-dən çox fələstinlini azad edib.
Onu da bildirək ki, martın 2-də İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya humanitar yardım çatdırılmasının dayandırıldığını və bütün nəzarət-buraxılış məntəqələrinin bağlandığını elan edib. İsrail tərəfinin açıqlamasına görə, HƏMAS ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoffun Qəzzada atəşkəs rejiminin uzadılması ilə bağlı planını qəbul etməkdən imtina etdiyindən bu barədə qərar verilib.

Qanunvehedef.azшаблоны для dle 11.2