Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Filippinin keçmiş prezidenti həbs edildi

Baxılıb: 1 006     Tarix: 11-03-2025 10:58   

Filippinin keçmiş prezidenti Rodriqo Duterte həbs edilib.
Qanunvehedef.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, 79 yaşlı Duterte Honqkonqdan qayıdarkən Manila hava limanında saxlanılıb.
Beynəlxalq Cinayət Məhkəməsi onu insanlıq əleyhinə cinayətlərdə ittiham edərək həbsinə order vermişdi.
Hüquq müdafiəçilərinin iddiasına əsasən, Duterte tərəfindən narkotik ticarətinə qarşı elan edilən mübarizə çərçivəsində on minlərlə filippinli edam edilib.
Keçmiş prezidentin vəkili Salvador Panelo isə Dutertenin saxlanılmasını qanunsuz adlandırıb və bildirib ki, Filippin 2019-cu ildə Beynəlxalq Cinayət Məhkəməsindən çıxıb.
Xatırladaq ki, Duterte 2016-2022-ci illərdə Filippinin dövlət başçısı olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar