Xəbər lenti
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Misir İsrail və HƏMAS-a 60 günlük plan təklif etdi

Baxılıb: 919     Tarix: 13-03-2025 14:21   

Misir İsrailə və HƏMAS-a Qəzzada 60 günlük atəşkəs, qalan israilli girovların azad edilməsi və müharibəyə son qoymaq üçün danışıqlara başlamağı ehtiva edən yeni nizamlanma təkliflərini təqdim edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə əmirliyin “Nəşnl” nəşri mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, HƏMAS-ın təşəbbüsə ilkin reaksiyası ümidverici olsa da, İsrail hakimiyyəti hələ də təklifləri öyrənir:
“Bazar ertəsi İsrail Misir planını vasitəçilərlə müzakirə etmək üçün nümayəndə heyətini Qətərə göndərib. Daha əvvəl Misir müzakirəçiləri HƏMAS-ın yüksək səviyyəli rəsmiləri - hərəkatın siyasi bürosunun sədr müavini Xəlil əl-Həyya, Şura sədri Məhəmməd Dərviş və İordan çayının qərb sahilindəki hücrənin lideri Zahir Cabarinlə təklifin təfərrüatını müzakirə edib”.
Qeyd edilib ki, Misir planı yeni yol xəritəsidir, onun əsas məqamları amerikalılarla razılaşdırılıb.
“Bu, Qəzzada atəşkəsin başa çatdığı martın 1-dən bu yana düşmüş olduğumuz çıxılmaz vəziyyətdən çıxış yolu kimi nəzərdə tutulub”, - mənbə vurğulayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar