Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ər-Riyadda Ukrayna-ABŞ danışıqları yekunlaşdı

Baxılıb: 626     Tarix: 24-03-2025 10:30   
 
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ və Ukrayna nümayəndələri arasında görüş olub.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyəti danışıqlar zalını tərk edib.
Nümayəndə heyətində Umerovdan başqa, prezident aparatı rəhbərinin müavini Pavel Palisa da iştirak edib.
ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Kit Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uolts olub.
Məsləhətləşmələrin iki saata yaxın davam etdiyi bildirilir. Görüşlə bağlı hələ ki, əlavə məlumat verilməyib.
Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya ilə ABŞ nümayəndə heyətləri arasında görüş olacaq. Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar