Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Hər şey çox gözəl olacaq” deyən də saxlanıldı - Video

Baxılıb: 395     Tarix: 26-03-2025 13:27   

2019-cu ildə seçki kampaniyası zamanı Əkrəm İmamoğluna “Hər şey çox gözəl olacaq, Əkrəm abi” deyə səslənməsi ilə tanınan Berkay Gezgin həbs edilib.
Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı vəkil Cəmil Çiçək sosial media hesabında paylaşım edib.
“Hər şey çox gözəl olacaq” sözünün memarı təəssüf ki, həbs olundu. 22 yaşlı gənc tutuldu. Onun son cümləsi belə oldu: “Xahiş edirəm, məni unutdurmayın”. Biz heç vaxt unutmayacağıq, heç vaxt unutdurmayacağıq! Hər şeyə rəğmən, hər şey çox gözəl olacaq!”,-vəkil bildirib.
Məlumata görə, gəncin həbs olunmasına əsas səbəb “Qanuna zidd toplantı və yürüşlərə silahsız şəkildə qatılaraq, xəbərdarlığa baxmayaraq özbaşına dağılışmamaq” ittihamı olub.
Xatırladaq ki, Gezgin, 2019 İstanbul Böyükşehir Bələdiyyə seçkiləri zamanı Əkrəm İmamoğlunun avtobusuna səslənərək “Əkrəm abi, hər şey çox gözəl olacaq!” deyib. Əkrəm İmamoğlu isə sonradan bu sözləri seçim şüarı kimi istifadə edib. Bu şüar 2019-cu ildən bəri istifadə olunur. Universitet tələbəsi olan Berkay Gezgin Anadolu Universitetində təhsil alır.
Qeyd edək ki, Hazırda həbsdə olan İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi və saxlanmasına etirazlar martın 19-da başlayıb. 19-23 mart tarixlərində keçirilən aksiyalarda 1133 nəfər saxlanılıb. Aksiyalarda 123 polis yaralanıb.






Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking