Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Məsud Pezeşkiana azərbaycanca yazılan məktub – İran “qarışdı”

Baxılıb: 1 055     Tarix: 02-04-2025 13:24   

Şərqi Azərbaycan əyalətinin valisi Bəhram Sərməstin İran Prezidenti Məsud Pezeşkiana Azərbaycan dilində məktub yazması barədə xəbər panfarsistlərin etirazına səbəb olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə sosial medianin İran seqmentində müzakirələr açılıb.
Millətçi farslar bunu ölkə qanunlarının pozulması və rəsmi dövlət dilinə qarşı saymazlıq kimi dəyərləndiriblər.
Bəhram Sərməst özü bu barədə açıqlama verməsə də, ona yaxın şəxslər və sosial media kanalları belə bir məktubun yazılmadığını bildiriblər.
Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən rəsmi danışıq və yazışmaların fars dilində aparılması vacib olsa da, qeyri-rəsmi danışıq vən yazışmaların qeyri-fars dillərində olması qadağan edilməyib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar