Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bu ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Baxılıb: 633     Tarix: 03-04-2025 14:46   

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxacaq.
Qanunvehedef.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin administrasiyasının rəhbəri Qerqey Qulyaş bildirib.
Qulyaşın sözlərinə görə, Macarıstanın BCM-dən geri çəkilməsi prosesi bu gün başlayacaq və ölkə konstitusiyasına, həmçinin beynəlxalq hüquqi öhdəliklərinə əsasən həyata keçiriləcək.
Qeyd edək ki, bu gün İsrailin Baş naziri Benyamin Netanyahu BCM-nin orderinə baxmayaraq Macarıstana səfər edib. Belə ki, BCM ötən ilin noyabrında “Qəzza zolağında hərbi cinayətlərə görə” onun həbsinə dair order verib.
Macarıstanın Baş naziri Viktor Orban isə məhkəmənin bu addımını kəskin tənqid etmiş və BCM-in tələblərinə zidd olaraq Netanyahunu Budapeştə səfərə dəvət etməyi vəd etmişdi.

Qanunvehedef.az



{sape_links}{sape_article}