Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ukrayna Prezidenti Zelenski onları vəzifədən azad etdi

Baxılıb: 729     Tarix: 16-04-2025 10:45   

Ukrayna Prezidenti Volodimir Zelenski Sumı vilayətinin rəhbəri Volodimir Artyuxu vəzifəsindən azad edib.
Qanunvehedef.az bu barədə UNIAN-a istinadən xəbər verir.
Məlumata görə, Volodimir Artyux şəhərdə iri həcmli raket hücumu nəticəsində baş verən faciədə məsuliyyətsizlikdə ittiham olunub.
Zelenskinin digər fərmanı ilə Luqansk vilayətinin rəhbəri Artem Lisoqor da vəzifəsindən azad olunub.
Qeyd edək ki, aprelin 13-də Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətinə “İskəndər-M” raketi ilə zərbə endiriblər. Nəticədə 35 nəfər həlak olub, 15-i uşaq olmaqla 117 nəfər yaralanıb.
Hücum ərəfəsində Sumıda hərbi qulluqçuların mükafatlandırılması ilə bağlı tədbir keçirən Volodimir Artyux hücum təhlükəsinə məhəl qoymamaqda ittiham olunub.

Qanunvehedef.az



{sape_links}{sape_article}