Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Zelenski səfərini yarıda qoyub ölkəsinə qayıdır

Baxılıb: 857     Tarix: 24-04-2025 12:57   

Ukrayna Prezidenti Volodimir Zelenski CAR-a səfərini yarıda qoyaraq ölkəsinə qayıtmağa qərar verib. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Zelenski öz teleqram kanalında açıqlayıb.
Bildirilib ki, buna səbəb Rusiya ordusunun ötən gecə paytaxt Kiyevi raket atəşinə tutması olub.
Onun sözlərinə görə, hücum nəticəsində çox sayda dağıntı qeydə alınıb, hazırda xilasetmə əməliyyatı davam etdirilir.
Zelenski qeyd edib ki, CAR Prezidenti Siril Ramafosunu vəziyyətlə bağlı məlumatlandıracaq: “Bu səfərin proqramının bir hissəsini təxirə salıram və CAR prezidenti ilə görüşdən dərhal sonra Ukraynaya qayıdıram”.
O bildirib ki, Ukraynanın XİN rəhbəri Andrey Sibiqa CAR-da bütün zəruri görüşləri keçirəcək.
Xatırladaq ki, Kiyevə hücum zamanı 9 nəfər həlak olub, 80-dən çox insan isə yaralanıb.
Onu da qeyd edək ki, V.Zelenski xanımı Yelena Zelenskaya ilə dünən axşam CAR-a səfər etmişdi.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar