Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Hindistan hava limanlarının işini bərpa etdi

Baxılıb: 652     Tarix: 12-05-2025 10:47   

Hindistan Pakistanla münasibətlərdə gərginlik fonunda bağladığı hava limanlarının işini bərpa edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı ölkənin “News18” telekanalı yayıb.
Bildirilib ki, ölkənin 32 aeroportu yenidən açılıb.
Həmçinin qeyd olunub ki, bu gecə iki ölkə arasında təmas xəttində son günlər ərzində ilk dəfə insident qeydə alınmayıb.
Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edərək ölkə ərazisinə zərbələr endirmişdi. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab vermişdi. Tərəflər bir neçə gün davam edən gərginlikdən sonra mayın 10-da atəşkəs barədə razılığa gəliblər.

Qanunvehedef.az



{sape_links}{sape_article}