Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyə aviaşirkətləri bu sərnişinləri cərimələyəcək

Baxılıb: 503     Tarix: 13-05-2025 10:34   

Türkiyə aviaşirkətləri enişdən sonra təyyarə hələ tam dayanmamış yerindən qalxan sərnişinləri cərimə etməyə başlayır.
Qanunvehedef.az xəbər verir ki, reyslərdə təhlükəsizlik qaydaları ilə bağlı yeni qərarları ölkənin Mülki Aviasiya Baş İdarəsi yayıb.
Yeni qaydalara əsasən, enişdən dərhal sonra, “Təhlükəsizlik kəmərlərini bağlayın” tablosunun işığı sönmədən ayağa qalxan, baqaj bölmələrini açan və təyyarə bələdçisinin xəbərdarlıqlarına məhəl qoymayan sərnişinlər inzibati qaydada cərimə olunacaqlar.
“Türk Hava Yolları” isə artıq bu qaydaların tətbiqinə başlayıb. Şirkət qeyd edib ki, yeni normalar təkcə intizam tədbiri deyil, həm də sərnişinlərin təhlükəsizliyinə birbaşa təsir edən addımdır.
Bununla belə, cərimənin miqdarı açıqlanmayıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar