Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Pakistan elan etdi: 51 ölü, 121 yaralı

Baxılıb: 747     Tarix: 13-05-2025 14:55   

Pakistan Silahlı Qüvvələri bəyan edib ki, nəzarət xəttində baş verən döyüş əməliyyatları nəticəsində 40 mülki şəxs və 11 hərbçi həlak olub. Daha 121 nəfər isə yaralanıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Geo TV” telekanalı Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr üzrə Müştərək İdarəsinə (İSPR) istinadən məlumat yayıb.
Qeyd edək ki, 10 may tarixində tərəflər atəşkəs rejimi barədə razılığa gəlsələr də, bir neçə saat sonra Cammu və Kəşmir, eləcə də Pəncab bölgəsinin bir sıra şəhərlərində pilotsuz uçuş aparatları müşahidə olunub və hava hücumundan müdafiə sistemləri işə düşüb.

Qanunvehedef.az



{sape_links}{sape_article}