Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Parlament Macarıstanın BCM-dən çıxması barədə qanun layihəsini təsdiqlədi

Baxılıb: 553     Tarix: 20-05-2025 11:38   

Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması barədə qanun layihəsini təsdiq edib.
Qanunvehedef.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, 134 deputat qanun layihəsinin lehinə, 37 nəfər isə əleyhinə səs verib.
Daha 7 deputat isə bitərəf qalıb.
Bildirilib ki, ölkənin BCM-dən çıxması ilə bağlı proses təqribən 1 il vaxt tələb edəcək.
Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orbanın hökuməti sözügedən məsələ ilə bağlı qərarını cari ilin aprelin 3-də açıqlamışdı. Bu zaman hökumət BCM-in siyasi xarakter aldığını vurğulamışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar