Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İsrailli diplomatları güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı

Baxılıb: 401     Tarix: 22-05-2025 10:23   

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Qanunvehedef.az “CNN”ə istinadən xəbər verir ki, həmin şəxs 30 yaşlı Elias Rodrigesdir.
İlkin məlumata görə, Çikaqodan olan Rodrigesin daha əvvəllər məhkumluğu olmayıb.
Vaşinqtonun polis rəisi Pamela Smitin sözlərinə görə, güllələnən diplomatlardan biri qadın, digəri isə kişi olub. Hadisə onlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. Smit qeyd edib ki, E.Rodriges saxlanılarkən Fələstin lehinə şüarlar səsləndirib.  
“CNN”, həmçinin qeyd edib ki, o, saxlanılan zaman hadisəni törətdiyini etiraf edib və silahı hara atdığını bildirib.
 Hadisə şahidləri isə qeyd edib ki, Rodriges israilli diplomatlara atəş açdıqdan sonra muzeyə daxil olmaq istəyib, lakin mühafizə tərəfindən içəri buraxılmayıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}