Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ-dəki etirazlarda 170 nəfər saxlanıldı

Baxılıb: 517     Tarix: 10-06-2025 11:25   

ABŞ-də ölkə Prezidenti Donald Trampın miqrasiya siyasətinə qarşı keçirilən etiraz aksiyaları zamanı 170 nəfər saxlanılıb. 
Qanunvehedef.az “Axios” portalına istinadən xəbər verir ki, onlardan 20 nəfəri Nyu-Yorkda Trampa məxsus “Trump Tower” göydələninin qarşısında saxlanılıb.
“CNN” telekanalı isə San-Fransiskoda 150-yə yaxın etirazçının polis bölmələrinə aparıldığını bildirib.
Qeyd edək ki, iyunun 6-da Los-Ancelesdə qanunsuz miqrantların kütləvi saxlanılmasına başlanılıb. Bir gün sonra isə şəhərdə məsələ ilə bağlı iğtişaş və aksiyalar başlayıb. Hazırda bütün ölkə üzrə etiraz aksiyaları davam edir.

Qanunvehedef.az



{sape_links}{sape_article}