Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

125 Pakistan vətəndaşı İrandan Azərbaycana təxliyə edilib - Fotolar

Baxılıb: 843     Tarix: 20-06-2025 13:24   

125 Pakistan vətəndaşı Azərbaycan vasitəsilə İrandan təxliyə edilib. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “X” hesabında açıqlayıb.
Səfir sözügedən şəxslərin Bakıdan Lahora yola salındıqlarını bildirib:
“Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın göstərişi ilə Pakistanın Azərbaycandakı Səfirliyi İrandan 125 vətəndaşını uğurla təxliyə edib. Bu gün onlar Bakıdan Lahora təhlükəsiz şəkildə göndərilib”.
Pakistanın XİN rəhbəri isə öz növbəsində İrandan təxliyə olunan Pakistan vətəndaşlarının qəbuluna görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib:
“Eyni zamanda, qardaşım Ceyhun Bayramova və Azərbaycan Xarici İşlər Nazirliyinə, Astara sərhəd keçid məntəqəsindəki Azərbaycanın bütün hökumət rəsmilərinə bu çətin zamanda göstərdikləri sürətli yardım üçün səmimi minnətdarlığımı bildirmək istəyirəm. Pakistan Beynəlxalq Hava Yollarına məxsus təyyarə bu gün həmin 125 nəfəri Azərbaycandan Pakistana gətirəcək”.





Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar