Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu

Baxılıb: 865     Tarix: 23-06-2025 12:30   

Rusiya təhlükəsizlik qüvvələri “Alros” almaz hasilatı şirkətinə məxsus brilyantları qaçaqmalçılıq yolu ilə Ermənistana keçirməyə çalışan dəstəni saxlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko məlumat yayıb.
“İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2024-cü ilin sentyabrından 2025-ci ilin yanvarınadək qaçaqmalçılıq yolu ilə Ermənistan ərazisinə keçirmək məqsədilə “Alros” mədən şirkətindən yüksək keyfiyyətli kobud almazları sistemli şəkildə oğurlayıblar. Dəyəri 1,7 milyon rubldan çox olan brilyantları oğurlayan şirkətin əməkdaşı Valentina Matyuşenkova, vasitəçi kimi fəaliyyət göstərən oğlu Aleksey Matyuşenkov, habelə Armen Petrosyan və Arman Saakyan saxlanılıb”, - Petrenko bildirib.
Onun sözlərinə görə, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}