Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İsraildən atəşkəslə bağlı - Açıqlama

Baxılıb: 691     Tarix: 24-06-2025 10:54   

İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu təsdiqləyib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi yayıb.
Bildirilib ki, İsrail İranla bağlı hərbi əməliyyatın bütün məqsədlərinə nail olub və ikitərəfli atəşkəsə razılaşıb.
“İsrail atəşkəs rejiminin istənilən pozuntusuna qətiyyətlə cavab verəcək. İsrail müdafiədə göstərdiyi dəstəyə və İranın nüvə təhdidinin aradan qaldırılmasında iştiraka görə Prezident Trampa və ABŞ-yə minnətdarlığını bildirir”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, İran mediası, eləcə də ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini açıqlamışdı.

Qanunvehedef.az



{sape_links}{sape_article}