Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tramp böyük hücuma hazırlaşır - Detallar

Baxılıb: 9626     Tarix: 15-07-2026 14:24   

ABŞ Prezidenti Donald Tramp administrasiyasının əsas üzvləri ilə İrana qarşı hərbi əməliyyatların artırılması ehtimalını müzakirə edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp bu məsələ ilə bağlı 14 iyulda Ağ Evdə görüş keçirib.

Görüşdə Hörmüz boğazında ABŞ tərəfindən həyata keçirilən hücumlardan daha böyük miqyaslı əməliyyatın keçirilməsi müzakirə olunub.

Məqalədə vurğulanır ki, Tramp İrana kifayət qədər ziyan vurmaq, onu Hörmüz boğazını açmağa və nüvə tələblərində güzəştə getməyə məcbur etmək üçün müharibəni alovlandırmağa hazırlaşır.

Məlumata görə, görüşdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, Pentaqon katibi Pit Heqset, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və başqaları iştirak ediblər.

Bundan əlavə, görüşdə İrandakı strateji obyektlərə hücum etmək ehtimalı ilə bağlı fikir mübadiləsi aparılıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar