Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Üstündə Trampın portreti olan qızıl pul buraxılacaq - Foto

Baxılıb: 10615     Tarix: 16-07-2026 09:21   

ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə üzərində Prezident Donald Trampın portreti olan yeni 1 dollarlıq qızıl sikkə hazırlanır.

Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent sosial media hesabında paylaşım edib.

O bildirib ki, ABŞ Zərbxanası yubiley münasibətilə xüsusi dizaynlı sikkənin istehsalına başlayacaq.

Bessent qeyd edib ki, sikkə “azadlıq irsini və vətənpərvərlik simvolunu” əks etdirəcək.

“Prezident Trampın portreti olan bu sikkə Amerika dəyərlərinin gücünü və hamı üçün azadlığın qorunmasına həsr olunmuş bir millətin vədini simvolizə edir”, - deyə maliyyə naziri bildirib.

Sikkələrin neçə ədəd buraxılacağı, hansı materialdan hazırlanacağı və satışa nə vaxt çıxarılacağı məlum deyil.

Paylaşılan dizayna əsasən, sikkənin bir üzündə Donald Trampın portreti yerləşdirilib. Portretin üzərində “LIBERTY” sözü, altında isə ABŞ-nin müstəqillik tarixini və yubileyi ifadə edən “1776-2026” tarixləri yer alır.

Sikkənin digər tərəfində isə ABŞ-nin ənənəvi simvollarından olan qanadlarını açmış qartal təsvir edilib. Qartalın sinəsində “250” rəqəmi, ətrafında isə “United States of America” və “One Dollar” yazıları qeyd olunub.

Qanunvehedef.az




Son xəbərlər
{sape_links}{sape_article}