Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Fransada sudan istifadəyə məhdudiyyət qoyuldu

Baxılıb: 1044     Tarix: 16-07-2026 09:35   

Fransa hökuməti ölkədə hökm sürən ciddi quraqlıq səbəbindən su istifadəsinə məhdudiyyətlər tətbiq edib.

Qanunvehedef.az xəbər verir ki, bunu Fransanın ekoloji keçid naziri Monik Barbut nazirliyin böhran qərargahının iclasından sonra bildirib.

O qeyd edib ki, ölkə “fövqəladə və son dərəcə narahatedici” quraqlıq dövrü yaşayır.

Nazirin sözlərinə görə, hazırda Fransanın 99 departamentində su istifadəsinə qismən və ya tam məhdudiyyətlər qoyulub. Tədbirlər materik Fransanın bütün ərazisini əhatə edir.

Barbut qeyd edib ki, bu departamentlərdən 43-ü “böhran” səviyyəsindədir. Həmin bölgələrdə yaşayan vətəndaşlara sudan yalnız zəruri ehtiyaclar üçün istifadə etməyə icazə verilir.

Nazir vurğulayıb ki, yaz aylarında yağıntılar mövsümi norma çərçivəsində olsa da, iqlim dəyişikliyi su dövranına ciddi təsir göstərərək, quraqlığı daha da dərinləşdirib.

Məlumata görə, ölkə üzrə su istifadəsinin məhdudlaşdırılması ilə bağlı ümumilikdə 206 inzibati qərar qəbul edilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar