Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türkiyədə sərnişin avtobusu aşdı - 46 yaralı

Baxılıb: 10416     Tarix: 16-07-2026 09:46   

Türkiyənin Amasya vilayətinin Merzifon rayonunda sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb.

Qanunvehedef.az TRT-yə istinadən xəbər verir ki, İstanbuldan Ordu istiqamətində hərəkət edən, E.V.-nin idarə etdiyi ikimərtəbəli sərnişin avtobusu Sarıköy ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Qəza zamanı avtobusda olan 46 nəfər yaralanıb. Yaralılar təcili yardım avtomobilləri ilə Merzifon, Amasiya, Suluova və Gümüşhacıköy rayonlarındakı xəstəxanalara çatdırılıb.

Amasiya valisi Öndər Bakan bildirib ki, avtobusda 75 sərnişin və 5 nəfərdən ibarət heyət olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar