Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ İranı, İran isə qonşu ölkələri vurdu

Baxılıb: 10411     Tarix: 17-07-2026 09:45   

İyulun 17-nə keçən gecə ABŞ İran ərazisinə zərbələr endirib.

Qanunvehedef.az İran mətbuatına istinadən xəbər verir ki, ölkənin bir çox şəhərləri silsilə raket zərbələrinə məruz qalıb.

Belə ki, Bəndər-Abbas və Keşm adası yaxınlığında partlayışların baş verdiyi, Əhvaz, Buşehr, Bəndər-Xomeyni, Bəndər Lingə, Veysian, Çabahar şəhərlərinə və İranşəhr hava limanına hücum edildiyi bildirilir.

Buna cavab olaraq, İran ordusu pilotsuz uçuş aparatları və raketlər vasitəsilə Bəhreyn, Küveyt, İordaniya və Qətərdəki ABŞ bazalarına zərbələr endirib.

İran mətbuatı ABŞ hərbçilərinin İranı atəşə tutmaq üçün raket sistemlərini İraq sərhədinə çatdırdığı yolun kütləvi hücuma məruz qoyduqlarını yazıb. Hücumlar zamanı Küveytdə yerləşdirilmiş ABŞ ordusunun Arkanzasdan olan 142-ci artilleriya briqadasının texnikası zərər görüb.

Bununla yanaşı, ABŞ-nin Bəhreyndə yerləşən Beşinci Hərbi-Dəniz Bazasında güclü partlayışların baş verdiyi, İordaniyanın şərqindəki Müvəffəq əs-Səlti bazasına zərbələr endirildiyi qeyd olunub.

Qətər Müdafiə Nazirliyi isə öz növbəsində İran tərəfindən atılan raketin zərərsizləşdirildiyini açıqlayıb.



Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}