Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Türkiyədə Trampa sui-qəsd hazırlandığına dair araşdırmanın - Nəticəsi

Baxılıb: 1017     Tarix: 17-07-2026 15:36   

Türkiyənin xüsusi xidmət orqanları iyulun 7-8-də Türkiyədə keçirilən NATO sammiti zamanı ABŞ Prezidenti Donald Trampa sui-qəsd hazırlandığına dair əlamət aşkar etməyib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, İsrailin xüsusi xidmət orqanları Ankarada Trampa sui-qəsd hazırlaması barədə ABŞ və Türkiyə xüsusi xidmət orqanlarına məlumat ötürüb. Ətraflı araşdırmadan sonra Türkiyə tərəfi Ağ Ev rəhbərinə sui-qəsd hazırlığının aparılmadığı qənaətinə gəlib.

Bununla belə, bu məlumat ABŞ xüsusi xidmət orqanlarını Trampın mühafizəsi üçün əlavə təhlükəsizlik tədbirləri görməyə vadar edib. Ankaraya Qətər kral ailəsinin hədiyyə olaraq verdiyi yeni təyyarə ilə səfər edən ABŞ liderinin ölkəsinə köhnə təyyarə ilə qayıtması məhz bu təhlükəsizlik tədbirləri çərçivəsində baş tutub.

Xatırladaq ki, daha əvvəl İsrail mətbuatı adı açıqlanmayan Qərb ölkəsinin kəşfiyyat məlumatlarına istinadən NATO sammiti zamanı Donald Trampa sui-qəsd hazırlanması barədə xəbər paylaşmışdı.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar