Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Marko Rubio: “Digər ölkələr də maliyyə dəstəyi göstərməlidir”

Baxılıb: 10315     Tarix: 20-07-2026 10:15   

“ABŞ beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi etməyə davam edəcək. Lakin digər ölkələr də fəallaşmalı, bu yükün bölüşdürülməsi üçün ya resurs, ya da maliyyə dəstəyi göstərməlidirlər”.

Qanunvehedef.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.

“Bütün dünya gəmiçiliyini əbədi olaraq qorumaq ABŞ-nin işi deyil. Bu istiqamətdə artıq bəzi investisiya öhdəlikləri götürülüb və gələcəkdə daha başqa ölkələr də belə öhdəliklər götürəcəklər”, - o bildirib.

ABŞ dövlət katibi əlavə edib ki, region ölkələrinin bu cür investisiyalar həyata keçirə bilməsi üçün gəlir əldə etmələri vacibdir.

Onun sözlərinə görə, neft və qazın dünya bazarlarına çıxarılması təmin olunmasa, bu mümkün olmayacaq.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar