Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qara dənizdə Türkiyəyə də məxsus gəmi vurulub - 10 ölü

Baxılıb: 10112     Tarix: 20-07-2026 11:50   

Rusiya ordusu ötən gün Qara dənizdə Türkiyəyə məxsus GOLDEN LEO mülki yük gəmisinə üç raket zərbəsi endirib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Odessa Vilayət Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində 10 nəfər həlak olub.

Ölənlərdən 9 nəfəri ekipaj üzvü, 1 nəfər isə ukraynalı losmandır. Daha 7 nəfərin isə yaralandığı bildirilir.

“Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin (CM) 438-ci maddəsinin 2-ci hissəsi - insanların ölümünə səbəb olan hərbi cinayətlər üzrə cinayət işi başlanıb”, - prokurorluqdan bildirilib.

Məlumata görə, qarğıdalı daşınması ilə məşğul olan və Qvineya-Bisau bayrağı altında üzən ticarət gəmisinin göyərtəsində Suriya və Hindistan vətəndaşlarından ibarət 17 ekipaj üzvü və 66 yaşlı ukraynalı losman olub. Zərbədən sonra gəmidə baş verən yanğın lokallaşdırılıb. Ekipajın 8 üzvünü xilas edib sahilə çatdırmaq mümkün olub.


Qanunvehedef.az





{sape_links}{sape_article}