Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ABŞ Kanada məhsullarına tarifləri 50 faizə qaldırdı

Baxılıb: 10516     Tarix: 21-07-2026 10:37   

ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinə qarşı “ayrı-seçkilik xarakteri daşıyan ticarət siyasəti”ni əsas gətirərək, Kanadadan idxal olunan bəzi məhsullara əlavə 50 faizlik gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.

Qanunvehedef.az xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, yeni tariflər avqustun 19-dan qüvvəyə minəcək.

Vaşinqton administrasiyası qərarın ABŞ istehsalçılarını, xüsusilə də avtomobil sənayesini qorumaq məqsədi daşıdığını bildirib.

Qərara əsasən, 1930-cu il Tarif Qanunu çərçivəsində müəyyən Kanada məhsullarına əlavə 50 faizlik rüsum tətbiq olunacaq.

ABŞ administrasiyası bəyanatında Kanadanın tarif sistemini “ayrı-seçkilik yaradan, qeyri-bərabər və əsassız” adlandırıb. Vaşinqton hesab edir ki, bu siyasət Amerika şirkətlərinin rəqabət qabiliyyətini zəiflədir və ölkənin iqtisadi maraqlarına ziddir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar