Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ABŞ və Səudiyyə Ərəbistanı tarixi saziş imzaladı

Baxılıb: 10118     Tarix: 23-07-2026 09:44   

ABŞ və Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi sahəsində genişmiqyaslı əməkdaşlığa yol açan tarixi saziş imzalanıb.

Qanunvehedef.az xəbər verir ki, razılaşma nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı ciddi zəmanətləri də özündə ehtiva edir.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, sənədlər ABŞ energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman tərəfindən imzalanıb.

Bildirilib ki, razılaşma onilliklər boyu davam edəcək strateji tərəfdaşlığın hüquqi bazasını yaradacaq və milyardlarla dollarlıq investisiyaları əhatə edəcək.

“Bu əməkdaşlıq iqtisadi və strateji məqsədlərə xidmət etməklə yanaşı, nüvə silahlarının yayılmasının qarşısının alınmasına da töhfə verəcək”, – deyə açıqlamada qeyd olunub.

“Wall Street Journal”ın məlumatına görə, sazişin bəzi müddəaları ABŞ şirkətlərinə Səudiyyə Ərəbistanında uran zənginləşdirmə müəssisəsi qurmaq imkanı yarada bilər.

Lakin ABŞ Energetika Nazirliyinin rəsmi açıqlamasında belə bir müddəa yer almayıb. Nazirlik bu məsələ ilə bağlı əlavə suallara cavab verməyib.

Saziş qüvvəyə minməzdən əvvəl ABŞ Konqresinin müzakirəsinə təqdim ediləcək. Lakin respublikaçıların nəzarətində olan Konqresin razılaşmanın qarşısını alacağı ehtimal edilmir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar