Xəbər lenti
22/07/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

temperatur 47 dərəcəyə çatacaq temperatur 47 dərəcəyə çatacaq

Baxılıb: 984     Tarix: 23-07-2026 10:33   

İspaniya yay mövsümünün üçüncü isti hava dalğasına hazırlaşır. Sinoptiklər ölkənin bəzi bölgələrində havanın temperaturunun 47 dərəcəyə qədər yüksələ biləcəyini bildirirlər.

Qanunvehedef.az xəbər verir ki, bu barədə İspaniya Dövlət Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb.

Bildirilib ki, Afrikadan gələn isti və quru hava kütlələrinin yaratdığı “istilik günbəzi” təsiri ölkə boyunca həftə ərzində davam edəcək.

Proqnozlara əsasən, məşhur turizm şəhəri Malaqada temperaturun 45 dərəcəyə, ölkənin cənub bölgələrində 44 dərəcəyə, Kataloniyada isə 42 dərəcəyə çatacağı gözlənilir.

Şiddətli istilər meşə yanğınları riskini də artırıb. Bildirilir ki, təkcə bazar ertəsi günü ölkə ərazisində 26 min hektardan çox sahə yanaraq külə dönüb. Bedar yaxınlığında baş verən meşə yanğını nəticəsində isə 13 nəfər həyatını itirib.

Qeyd edək ki, İspaniyada indiyədək qeydə alınmış ən yüksək temperatur 2021-ci il avqustun 14-də Qvadalkvivir hövzəsində ölçülüb. Həmin gün termometrlər 47,6 dərəcə Selsi göstərib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar