Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Astanada sabah uçan taksi sınaqdan keçiriləcək - Foto

Baxılıb: 10121     Tarix: 23-07-2026 14:48   

Qazaxıstanın paytaxtı Astanada ilk dəfə aerotaksinin nümayiş uçuşu keçiriləcək.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Kazınform” məlumat yayıb.

Məlumata görə, uçuş iyulun 24-də baş tutacaq. Sınaq zamanı elektrik mühərrikli şaquli qalxma və enmə qabiliyyətinə malik “eVTOL” tipli hava nəqliyyat vasitəsindən istifadə olunacaq.

Nümayiş üçün seçilən “AutoFlight Prosperity” modeli bir pilot və beş sərnişin üçün nəzərdə tutulub. Hava aparatı saatda 200 kilometrədək sürət yığa və 200 kilometr məsafə qət edə bilir.

Qeyd edək ki, Qazaxıstanda ilk “eVTOL” nümayiş uçuşları 2026-cı ilin mayında Alatau şəhərində keçirilib. Ölkədə aerotaksi, eVTOL və pilotsuz aviasiyanın inkişafını tənzimləyən qanun isə iyunda qüvvəyə minib




Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar