Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Zelenski ABŞ-yə gedir - Trampla görüşəcək

Baxılıb: 9415     Tarix: 24-07-2026 10:36   

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 28-də ABŞ-yə səfər edəcək.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Obşestvennoe” nəşri diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Səfər çərçivəsində onun ABŞ lideri Donald Trampla görüşü, həmçinin senator Lindsi Qremin dəfn mərasimində iştirak etməsi planlaşdırılır.

Qeyd edək ki, iyulun 23-də Zelenski ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması üzrə bir neçə yeni təklif hazırladığını açıqlamışdı. Ukrayna lideri bu təklifləri müzakirə etmək üçün artıq gələn həftə Vaşinqtona səfər edə biləcəyini bildirmişdi.

Onu da xatırladaq ki, amerikalı respublikaçı senator Lindsi Qrem iyulun 11-də 71 yaşında vəfat edib. Bundan bir gün əvvəl o, Kiyevdə səfərdə olmuş və Volodimir Zelenski ilə görüşmüşdü.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar