Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İran ABŞ-ni hədələdi - “Qırmızı dənizi bloklaya bilərik”

Baxılıb: 8714     Tarix: 26-07-2026 15:21   

İran hərbçiləri ABŞ-nin hücumları intensivləşdirəcəyi təqdirdə Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə gəmilərin hərəkətini tamamilə bloklamaqla hədələyiblər.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına görə, əgər Vaşinqton zərbələri artırarsa və ya quru qoşunları ilə müdaxilə variantını nəzərdən keçirərsə, İran Bab əl-Məndəb boğazını və Qırmızı dənizi bağlamağa, o cümlədən ərazidəki gəmilərə hücum etməyə cəhd edə bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Pentaqonun Yaxın Şərqdəki “Patriot” və digər HHM sistemləri üçün raket ehtiyatlarının tükənməsi narahatlığına görə İrana qarşı hərbi əməliyyatları genişləndirmək planından daşınıb.

Eyni zamanda, İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanı gəmiləri üçün dəniz blokadası elan ediblər. Onlar Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki neft tankerini, daha sonra isə krallıq ərazisindəki “Saudi Aramco” şirkətinin iki obyektini hədəf aldıqlarını bildiriblər.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar