Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ərəbistan hərbi koalisiya yaradır – Türkiyə dəvətlidir

Baxılıb: 9218     Tarix: 30-07-2026 14:32   

Səudiyyə Ərəbistanı bu gün Qırmızı dənizdə yeni çoxmillətli hərbi koalisiyanın yaradıldığını elan edə bilər.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Əl Manitor” məlumat yayıb.

Məlumata görə, koalisiyanın əsas məqsədi husilərin Bab əl-Məndəb boğazından keçən beynəlxalq gəmiçiliyi məhdudlaşdırmaq cəhdlərinin qarşısını almaqdır.

“Koalisiya qərargahının Səudiyyə Ərəbistanının komandanlığı altında Ər-Riyadda yerləşməsi planlaşdırılır. ABŞ, Misir, Pakistan, Türkiyə, Qətər, Bəhreyn, Küveyt, Cibuti, Somali və Sudan daxil olmaqla, təxminən 50 ölkə təşəbbüsə qoşulmağa dəvət edilib. ABŞ-ın koalisiyada iştirakına dair yekun qərar hələ qəbul edilməyib, lakin Vaşinqtonun dəstəyi təşəbbüsün nüfuzu və effektivliyi baxımından əsas amil hesab olunur. Fransa, Almaniya və İtaliyanın isə hər hansı öhdəlik götürməzdən əvvəl ABŞ-ın qərarını gözlədiyi bildirilir.

Omanın İranla əlaqələrdə vasitəçi roluna görə koalisiyaya qoşulma ehtimalı zəif qiymətləndirilir. Birləşmiş Ərəb Əmirlikləri isə təşəbbüsə qoşulmaq üçün hələ rəsmi dəvət almayıb”, - nəşr qeyd edib.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}