Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Lukaşenkonun sualına 2 il sonra cavab verdi

Baxılıb: 8919     Tarix: 30-07-2026 15:50   

Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2 il əvvəl səsləndirdiyi “Ermənilər bizdən başqa kimə lazımdır?” sualına cavab tapdığını bildirib.

Qanunvehedef.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o bu barədə brifinqdə danışıb.

“Ermənistan nə etmişdi ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Ermənilər bizdən başqa kimə lazımdır?” bəyanatını səsləndirdi? Ermənistan kimə pislik etmişdi? Belarusa pislik etmişdi? Suveren ölkə haqqında necə belə danışmaq olar? İndi biz göstəririk ki, Ermənistan kimə lazımdır! Hörmətli Belarus Prezidenti axtardı-axtardı, amma bu suala cavab tapa bilmədi. İndi biz bu suala cavab veririk: Ermənistan Çinə, ABŞ-yə, Avropa İttifaqına, İrana lazımdır. Bütün bu tərəfdaşlar Ermənistana da lazımdır”, - Paşinyan söyləyib.

Xatırladaq ki, Aleksandr Lukaşenko 2024-cü il avqustun 20-də “Rossiya” telekanalına müsahibəsində Ermənistanın həyata keçirdiyi siyasətdən bəhs edərkən bu ölkənin heç kimə lazım olmadığını bildirmişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar