Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ermənistanda hərbi hissədəki yanğının ilkin səbəbi açıqlandı

Baxılıb: 641     Tarix: 19-01-2023 12:11   

Ermənistanda bu gecə hərbi hissələrdən birinin kazarmasında baş verən yanğının ilkin səbəbi açıqlanıb.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan hökumətin iclasında açıqlayıb.
Onun sözlərinə görə, yanğına səbəb benzinlə davranış qaydalarının pozulması olub. İlkin məlumata görə, hərbçilər kazarmanı isitmək üçün sobanı benzinlə yandırmağa çalışıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə öz növbəsində bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin qərargah rəisinin 2022-ci il 21 dekabr tarixli əmrinə əsasən, orduda sobaların yandırılması üçün benzindən istifadə olunması qadağan edilib.
Xatırladaq ki, Basarkeçər rayonunun Azad kəndində yerləşən sözügedən hərbi hissədə baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar