Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Paytaxtda küçə və prospektlərdə avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir

Baxılıb: 700     Tarix: 12-09-2023 15:46   

Bu gün səhər pik saatlarında paytaxtın küçə və prospektlərdə olan sıxlıqla əlaqədar marşrut xətlərinin intervalında gecikmələr yaranıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq yaranıb. Həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə var.

3. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.

4. Heydər Əliyev prospekti - şəhər istiqamətində (Bağırov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə qeydə alınır.

5. Babək prospekti – şəhər istiqamətində keçən 30, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-12 dəqiqə gecikmə müşahidə olunur.

6. Badamdar şosesi, Abbasqulu Abbaszadə küçəsi İzzət Nəbiyev küçəsi istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə qeydə alınır.

7. Qara Qarayev prospekti - hər iki istiqamətdə 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

8. Yavər Əliyev küçəsi – Aeroport şosesi istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən 24, 35, 40, 49, 113, 184, 208, 209 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə var.


шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar