Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiyada ağır raketlər istehsal edilən zavodda partlayış – Diversiya, yoxsa...

Baxılıb: 800     Tarix: 08-02-2024 12:23   

Udmurtiyanın Votkinsk şəhərinin sakinləri çərşənbə günü axşam saatlarında şəhər yaxınlığında güclü partlayış baş verdiyini bildiriblər.
Qanunvehedef.az Rusiya teleqram kanallarına istinadla xəbər verir ki, yerli sosial media kanallarıpartlayışdan sonra yaranan yüksək alovları əks etdirən videolar yayıblar.
Bundan əlavə, bəzi teleqram kanallarında partlayışın Votkinsk Maşınqayırma Zavodunda istehsal zamanı baş verdiyi barədə xəbərlər yayılıb. Bu kanalların müəllifləri Fövqəladə Hallar Nazirliyinin regional xidmətinə istinad edirlər. Amma Fövqəladə Hallar Nazirliyinin Udmurtiya üzrə rəsmi kanalında belə dəqiqləşdirmələr olmayıb.
“Baza” teleqram kanalı özəl mənbəyə istinadən yazıb ki, partlayışa səbəb Votkinsk zavodunda keçirilən bəzi sınaqlar olub. Udmurtiyanın Zavyalovski rayonunun Vahid Dispetçer Xidmətindən TASS-a bildirilib ki, partlayış raket mühərriklərinin planlı sınaqları zamanı baş verib.
Hələlik rəsmi mənbələrdən hadisənin təfərrüatı və ya itkilər barədə məlumat yoxdur.
Votkinsk zavodu Udmurtiyanın paytaxtı İjevskdən 50 kilometr aralıda yerləşir. Müəssisə “Topol-M” və “İsgəndər” kompleksləri üçün strateji ballistik raketlər də daxil olmaqla artilleriya raketləri istehsal edir. 2023-cü ilin sonunda Votkinsk zavodu nüvə silahı komponentlərinin istehsalı üçün 19 dövlət müqaviləsi dərc edib. Zavodda sınaq meydançası var.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking