Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Belarus Azərbaycanla bağlı hədəfini açıqladı

Baxılıb: 649     Tarix: 29-05-2024 13:40   

Belarus və Azərbaycan 2030-cu ilədək ölkələr arasında ticarət dövriyyəsini tədricən 1 milyard dollara çatdırmaq niyyətindədir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko deyib.
Onun sözlərinə görə, Azərbaycanda traktorlarla yanaşı, kommunal, yanğınsöndürmə və digər təyinatlı texnikanın, o cümlədən Belarus liftlərinin yığılması nəzərdə tutulub:
“Biz dərman və baytarlıq preparatlarının birgə istehsalı, eləcə də Azərbaycan azotundan və Belarus kaliumundan qarışıq gübrələrin istehsalını planlaşdırırıq. Biz təcrübə mübadiləsi aparacaq, həmçinin mütəxəssislərin hazırlanmasına dəstək göstərəcəyik”.
Baş nazirin müavini Belarusun Qarabağ iqtisadi zonasında görəcəyi işlər haqqında da söz açıb:
“Əsas layihələrimizdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin qurulması, bu kənd təsərrüfatı kompleksinin işçiləri və onların ailə üzvləri üçün yaşayış və sosial obyektlərin yaradılması olacaq. Biz həmçinin bu ərazidə Belarus avadanlıqlarına xidmət göstərmək üçün multibrend servis mərkəzi tikməyi planlaşdırırıq”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking