Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Paylanın Bakıya qarşı bu məqaləsi... - İcmadan reaksiya

Baxılıb: 885     Tarix: 30-09-2024 13:24   

COP29 yaxınlaşdıqca məlum anti-Azərbaycan qüvvələr, "insan hüquqları" bəhanəsi ilə Azərbaycana qarşı hücumlarını intensivləşdiriblər. Erməni lobbisi ilə sıx əlaqəli olan "Fridom Haus", "Human Rayts Votç" və digərləri əvvəllər ermənipərəst motivlərini gizlətməyə çalışırdılarsa da, artıq bunu açıq şəkildə edirlər.
Qanunvehedef.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, artıq bu hücumları həmin təşkilatların erməni mənşəli əməkdaşlarının özləri həyata keçirir. Eyni zamanda, bu təşkilatlar irqçi düşüncəyə malik digər erməni aktivistlərin bütün hücumlarını dəstəkləyirlər. Buna son nümunə isə "Fridom Haus"un erməni millətçisi Şeyla Paylan tərəfindən “Nyusvik”də (Newsweek) yayımlanan böhtan dolu məqaləni dəstəkləməsidir.
"Biz bu hücumları qətiyyətlə pisləyir və Paylanın işlədiyi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsini (UNODC) onun haqqında zəruri ölçü götürməyə çağırırıq", - deyə bəyanatda vurğulanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar