Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verdi

Baxılıb: 1 161     Tarix: 21-01-2025 14:43   

Azərbaycan Xarici İşlər Nazirliyi Boluda “Kartalkaya” xizəkçilik kurortunda yerləşən hoteldə yanğınla bağlı Türkiyəyə başsağlığı verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, hadisə nəticəsində 10 nəfər həlak olub, daha 32 nəfər isə yaralanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar