Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Suriyaya göndərilən yardım Hələbdə paylanıldı

Baxılıb: 831     Tarix: 28-02-2025 11:41   

Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım Hələbdə paylanılıb.
Qanunvehedef.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı Səfirliyindən bildirilib.
Qeyd olunub ki, Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində təşkil edilmiş humanitar yardımın paylanması aksiyasında Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyi iştirak edib.
Qeyd edək ki, ötən il dekabrın 30-u Suriyada Əsəd rejiminin süqutundan sonra yaranmış humanitar problemlərlə əlaqədar olaraq, Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb. Yardım konvoyu 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir.
Əldə etdiyimiz xəbərə görə, Azərbaycan Respublikasının qardaş Suriya xalqına təqdim etdiyi 200 ton humanitar yardımdan 8 min məcburi köçkün ailəsi yararlanıb ki, bu da öz növbəsində, 32 min-40 min arası insan deməkdir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar