Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Moskva məhkəməsindən təyyarə qəzası ilə bağlı - Qərar

Baxılıb: 719     Tarix: 25-03-2025 13:21   

Moskva məhkəməsi ötən ilin dekabrın 25-də qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı qərar verib. 
Qanunvehedef.az RİA Novosti-yə istinadən xəbər verir ki, yerli məhkəmə “Azərbaycan Hava Yolları”nın “Embraer 190” təyyarəsi ilə əlaqədar aparılan istintaq haqda sənədlərin müsadirəsinə icazə verib.
Sənədlər Rusiyanın cənubunda iki ünvandan götürüləcək.
Bununla bağlı vəsatət hələ ilin əvvəlində-yanvarda verilibmiş. Prokuror vəsatətə qiymət verərək onu təmin edib.
Qeyd edək ki, qəza ilə əlaqədar yekun nəticələrin 2025-ci ilin dekabrında təqdim edilməsi gözlənilir.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində göyərtədə olan 62 sərnişindən yalnız 29 nəfəri sağ qala bilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}