Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İlham Əliyevi Si Cinpin qarşıladı - Video

Baxılıb: 468     Tarix: 23-04-2025 09:38   

Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.
Qanunvehedef.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Çinin Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.
Çin nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Sədri Si Cinpinə təqdim olunub.
Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.



Qanunvehedef.az



{sape_links}{sape_article}