Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər

Baxılıb: 998     Tarix: 24-04-2025 13:26   

Bir sıra yardım pərdələri altında Fransa kimi dövlətlərin Ermənistana hücum silahları verməsi və Ermənistanın gələcəkdə hansısa beynəlxalq hərbi əməliyyatlara, o cümlədən AB tərəfindən aparılacaq missiyalara hazırlıq prosesi bir daha onu deməyə əsas verir ki, Cənubi Qafqazda və ümumilikdə regionda yeni münaqişə ocağının yaradılması 2 ssenari üzrə inkişaf edir.
Qanunvehedef.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.
Komissiya sədri qeyd edib ki, birincisi, Ermənistan Fransanın dəstəyi və təhriki ilə Azərbaycana qarşı hərbi əməliyyatlara əl ata və regionda yeni müharibə alovlana bilər:
“İkincisi isə qonşu dövlətlərdən birinə - məsələn, İrana qarşı Qərbin aparacağı hərbi əməliyyatlara Ermənistan da cəlb edilə, əməliyyatlar nəticə vermədiyi təqdirdə həmin qonşu dövlətin əks həmləsi ilə Qərbi Zəngəzur/Sünik zəbt edilə bilər. Bu bizim ssenarilərimizdir. Çünki Vətən müharibəsindən sonrakı mərhələ Sünik vilayətinin strateji əhəmiyyətinə təsir edərək xarici aktorların bölgəyə marağını artırıb”.

Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar