Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İvanişviliyə 800 milyon dollar ödəməlidir - Azərbaycanla sərhəddə saxlanıldı

Baxılıb: 565     Tarix: 27-05-2025 12:47   

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin axtarışda olan keçmiş müşaviri Georgi Baçiaşvili Gürcüstan-Azərbaycan sərhədində saxlanılıb. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
Bildirilib ki, mayın 26-da Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə G.Baçiaşvilinin “Qırmızı Körpü” və “Sadaxlı” sərhəd keçid məntəqələri arasındakı “yaşıl sərhəd” adlanan ərazinin yaxınlığında hərəkət etməsi ilə bağlı məlumat daxil olub.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində isə həmin şəxs saxlanılıb.
Qeyd edək ki, G.Baçiaşvili hazırda iki iş – kriptovalyuta oğurluğu və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması üzrə istintaqa cəlb olunub. Belə ki, o, İvanişvilidən kriptovalyuta oğurlamaqda ittiham edilir. Bundan əvvəl, Gürcüstan məhkəməsi Baçiaşvilinin İvanişviliyə 8 mindən çox “Bitcoin” (800 milyon dollardan çox) ödəməli olduğu barədə qərar çıxarıb, eləcə də onu qiyabi olaraq 11 il müddətinə
azadlıqdan məhrum edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}