Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ermənistanda xüsusi təyinatlılar II Qareginin iqamətgahına daxil oldu - Video

Baxılıb: 547     Tarix: 27-06-2025 13:12   

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin maskalı xüsusi təyinatlıları erməni kilsəsinin rəhbəri II Qareginin iqamətgahına daxil olub.
Qanunvehedef.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, II Qaregin özü onların qarşısına çıxıb.
Bu zaman təhlükəsizlik qüvvələri ilə din xadimləri arasında gərginlik yaşanıb. II Qaregin ruhaniləri sakitləşdirmək məqsədilə kafedraldan çıxıb. Bundan sonra polislər onu mühasirəyə alıblar.
Hazırda tərəflər arasında müzakirə aparılır.
Jurnalistlər hadisə yerindən uzaqlaşdırılıb və ərazi mühasirəyə alınıb. Vəziyyət gərgin olaraq qalır.
***
Şirak yeparxiyasının baş arxiyepiskopu Mikael Ajapahyanı aparmağa gələn təhlükəsizlik qüvvələri ilə ruhanilər arasındakı gərginlik davam edir.
Son məlumata görə, etirazçılar hüquq-mühafizə orqanlarının M. Ajapahyanı aparmalarına imkan verməyiblər.
O, II Qareginlə bərabər patriarxlığa qayıdıb.



Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar