Xəbər lenti
24/07/2026 [09:56]
Şamaxıda zəlzələ oldu
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rusiyadan Ermənistana daha bir - Qadağa

Baxılıb: 964     Tarix: 24-07-2026 11:34   

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyulun 27-dən Ermənistandan Rusiyaya süd məhsullarının tədarükünə məhdudiyyət tətbiq edəcək.

Qanunvehedef.az xəbər verir ki, bu barədə qurum özünün rəsmi saytında məlumat yayıb.

Məlumata görə, bu qərar iyulun 14-dən 21-dək aparılan yoxlamaların nəticəsinə uyğun olaraq verilib. Belə ki, sözügedən yoxlamalar zamanı Rusiyaya idxal edilən məhsulların istehsalı zamanı xəstəliyə yoluxmuş heyvanların südündən istifadə edilməsi müəyyən edilib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan meyvə-tərəvəzlər, gülbalıq məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar