Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

Baxılıb: 896     Tarix: 30-07-2026 15:12   

Qərbi Azərbaycan əyalətinin İraqla sərhəd Təmərçin keçid məntəqəsində Ərbəin mərasimi üçün İraqa gedən Azərbaycan Respublikasının vətəndaşlarının qanuni və gömrük prosedurundan əlavə qeydiyyatı aparılır.

Qanunvehedef.az xəbər verir ki, bu haqda yerli mənbələr bildirib.

Məlumata görə, orada Azərbaycan vətəndaşlarının bütün kordinatları qeyd olunur, onlarla danışıq aparılır.

“İslam Təbliğatı Təşkilatının nümayəndələrinin apardıqları danışıqlardan, hansısa razılıqların əldə olunduqdan sonra bəzi Azərbaycan vətəndaşlarının orada quraşdırılmış və üzərində Əli Xameneinin fotusu olan böyük bannerin qarşısında çıxışları lentə alınır”, - məlumatda qeyd olunub.

Bildirilib ki, İran məmurları ilə razılığıa gələn Azərbaycan vətəndaşları Əli Xameneinin bütün dünya müsəlmanlarının, o cümlədən azərbaycanlıların rəhbəri olduğu barədə fikirlər səsləndirir, Azərbaycan vətəndaşlarını “islam inqilabı” etməyə səsləyirlər.

“Danışıqlar və başqa proseslər gizlədilmir, nümayişkaranə şəkildə həyata keçirilir və çıxış edən, iğtişaşa çağırış edən azərbaycanlılar daha lüks avtobus və minibuslarla İraqa yola salınırlar. Səbəbi məlum olmasa da, bu prosesdə daha çox qadınlardan istifadə olunur”, - yerli mənbələr vurğulayıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}