Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ağdamda qəza: Xəsarət alan var

Baxılıb: 400     Tarix: 08-07-2024 10:54   

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağdam istiqamətində hərəkətdə olan "Mercedes-Benz" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, Ağdam rayon Güllücə kənd sakini, 1988-ci təvəllüdlü Rövşən Aslanov müxtəlif növ bədən xəsarətləri alıb.
Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma başladılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2